Qar uçquna düşmüş hərbçilərimizdən birinin meyiti tapıldı

HADİSƏ 14 apr 2019, 12:56

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.


Demokrat.az "Report”a istinadla xəbər verir ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizirAbdullayev Hafiz Məhəd oğluvə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlumövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. 


Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.


Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. 

H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.


Hafiz Abdullayev ailəli idi, 3 övladı var.


Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top