Evi dağıdılan sakin fikirlərini dandı — Jurnalistləri günahlandırdı (VİDEO)

GÜNDƏM 14 apr 2019, 11:31

Abşeron rayonunun Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov icra başçısı İradə Gülməmmədova ilə bağlı bir gün öncə söylədiyi fikirlərin danıb. 


Demokrat.az xəbər verir ki, videomüraciət edən Rəsul Hüseynov evinin Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən sökülmədiyini söyləyib. 


O, problemlərinin ictimailəşdirilməsində iştirak edən jurnalistləri də qınayıb:


"Jurnalistlər icra başçısı ilə bağlı səhv yazıblar. İradə (İcra başçısı İradə Gülməmmədovanı nəzərdə tutur - müəllif) xanımın bundan xəbəri yoxdur. Biz getmişdik başçının yanına. Özü yox idi, müavini bizi qəbul etdi. Yəni, İcra Hakimiyyətinin heç bir günahı yoxdur. Evimi məhkəmə icraçıları uçurdub".


Qeyd edək ki, bir gün öncəyədək Rəsul Hüseynov evinin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən dağıdıldığını və ondan 15 min manat rüşvət tələn edildiyini bildirmişdi.

 


Onun əvvəlki və sonrakı fikirlərini təqdim edirik:

 

 

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top