Deputat da evin uçurulmasına etiraz etdi

GÜNDƏM 13 apr 2019, 22:12

Milli Məclisin deputatı Aqil Abbas ev uçurdan icra başçısına səsləndi: “Kiminsə evini sökmək...”

 

Abşeron rayon icra hakimiyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə Saray qəsəbəsində yaşayış evi uçurulub.

 

Ev sahibinin sözlərinə görə, 1999-cu ildən həmin evdə yaşayırlar, bu gün - aprelin 13-də isə ailədə toy olmalıydı.

 

Tikili uçurularkən gəlinin cehizləri evdəymiş və bir çox əşyalar yararsız hala düşüb. Abşeron rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada isə evin məhkəmə qərarıyla söküldüyü bildirilib.

 

Deputat Aqil Abbas sözügedən hadisəyə münasibət bildirərkən Sfera.az-a deyib ki, ölkə başçısının müvafiq sərancamına əsasən bu kimi tikililərə kupça verilməlidir. "Qanuni əsaslarla torpaq sahibisənsə 12 metrdən hündür olmamaq şərtilə həmin ərazidə layihəni icra orqanına təqdim etməklə fərdi ev tikmək olar”.

 

Aqil Abbas evi sökdürənin yox, tikdirənin yaddaşlarda yaşadığını vurğulayıb. "Bircə onu deyə bilərəm ki, yaddaşlarda tikdirən yaşayır, sökdürən yox. Kiminsə evini sökmək çox ağır məsələdi. Bu kimi halları qınayıram. Evi sökülən vətəndaş evini uçurduran qurumu məhkəməyə verə bilər. Həm də söhbət 20 ilin evindən gedirsə burada kifayət qədər araşdırmalı məqamlar var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top