Ramil Usubov yeni rəis müavini təyin etdi

SOSİAL 13 apr 2019, 18:44

Mingəçevir şəhər polis şöbəsinə yəni rəis müavini təyin edilib.

 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

 

Əmrə əsasən, Mingəçevir şəhər Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Ağayev Azay təyinat alıb.

 

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top