Məktəbdə zorakılığa məruz qalanlar üçün “Qaynar xətt” yaradılacaq - VİDEO

SOSİAL 13 apr 2019, 17:20

Məktəbdə zorakılığa məruz qalmış şagird və müəllimlərin müraciət etməsi üçün "Qaynar xətt" yaradılacaq. 

 

Təhsil naziri Ceyhun Bayramov bu barədə dünən keçirdiyi mətbuat konfransında çıxışının sonunda məktəblərdə zorakılığa məruz qalanların müraciət edə bilməsi üçün "Qaynar xətt" yaradılacağını açıqlayıb: 

 

"Məsələnin xüsusi həssaslığını və vacibliyini nəzərə alaraq biz düşündük ki, bu yaxın zamanlarda xüsusi olaraq hər hansı bir səbəbdən məktəbdə zorakılığa məruz qalmış hər hansı bir təhsil alanlar və təhsil verənlər tərəfindən müraciətlərinə daha operativ reaksiya verilməsi baxımından xüsusi olaraq məhz bu məqsədlər üçün ayrılmış "Qaynar xətt" formalaşdırılacaq və bu yaxınlarda fəaliyyətə başlanacaq".

 

Nazir bildirib ki, məktəbdə sabit mənəvi psixoloji mühitin təmin edilməsi, eyni zamanda yüksək sosial risk faktorlarına məruz qalmış təhsil alanların müəyyən edilməsi və onlarla fərdi qaydada xüsusi həssaslıqla işin təşkil edilməsi hər bir təhsil müəissəsinin rəhbərinin öndə duran və ən vacib funksiyalarına aiddir.


 
C.Bayramov eyni zamanda mən onu da qeyd edib ki, ümumilikdə vəziyyəti bir daha, daha da sistemli şəkildə təhlil etmək məqsədilə əmrə əsasən həm Bakı şəhər Təhsil İdarəsinə və həm də respublikanın digər rayonlarında yerləşən bütün təhsil idarələrinə və şöbələrinə müvafiq istiqamətdə çox spesifiq olaraq tapşırıqlar verilib. 

 

Qısa müddətdə hesabatlar hazırlamaq və 30 günlük müddət ərzində bu istiqamətdə atıla biləcək əlavə tədbirlərə dair təkliflər verilməsinə dair tapşırıqlar verilib. Məsələlərin müzakirəsində yeni təşəbbüslərin irəli sürülməsində ictimaiyyət nümayəndələri, eksperlər və mütəxxəssizlərlə işləməyi arzu edirik və bu istiqaqmətdə çox geniş ictimai müzakirələrin aparılması təhsil nazirliyi tərəfindən planlaşdırılır. (Baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top