Əlcəzairdə nümayiş zamanı 108 nəfər saxlanıldı

DÜNYA 13 apr 2019, 08:43

Cümə günü Əlcəzairin eyniadlı paytaxtında sonradan polislə toqquşmaya çevrilən kütləvi nümayiş zamanı 108 nəfər saxlanılıb.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

 

"Hazırda 108 nəfər saxlanılıb", - deyə sənəddə qeyd olunur.

 

Toqquşmalar zamanı 27 polis əməkdaşı zərər çəkib, 4 nəfər ciddi yaralanıb. Onlar qarşı tərəfin atdığı daş və küt əşyalardan xəsarət alıblar. Həmçinin bir neçə polis maşınına ziyan dəyib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top