Ramil Usubovdan yeni təyinat

HADİSƏ 12 apr 2019, 23:16

Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub. 


Demokrat.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 


Əmrə əsasən, polis mayoru İldırım Alıyev Şəmkir rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib.


Qeyd edək ki, İ.Alıyev bundan əvvəl Ağcabədi rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olub və bir müddət əvvəl vəzifəsindən azad edilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top