Azərbaycanda həkim yad cismi xəstənin qarnında unutdu — FOTOLAR

HADİSƏ 12 apr 2019, 20:54

Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub. 


"Report"un məlumatına görə, hadisə Bərdə rayonunda qeydə alınıb. 


Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizminə mənfi təsir göstərdiyi və ona təcili olaraq yenidən əməliyyata olunması tövsiyə edilib. 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top