İcra başçısının müavini prokurorluqda dindirildi — Məktəblinin intiharına görə

KRİMİNAL 12 apr 2019, 18:37

Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.


Sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.


Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top