Yol polisinin “saxla” əmrinə tabe olan sürücünü BNA-da cərimələdi - FOTOFAKT

SOSİAL 12 apr 2019, 16:27

Bakıda sürücünün başına maraqlı hadisə gəlib. Heç bir qayda pozuntusu etməyən avtomobil sahibi cərimələnib.

 

 
Belə ki, polisin dur əmrinə tabe olan avtomobil sahibinə cərimələndiyi haqqında Bakı Nəqliyyat Agentliyi tərəfindən bildiriş gəlib.
 
Nə üçün cərimələndiyini ilk öncə anlamayan avtomobil sahibi, daha sonra polisə tabe olduğu üçün cərimələndiyini anlayıb: "Bu gün protokol gəlib. İlk olaraq anlamadıq, çünki heç bir qayda pozuntusu yox idi. Sonra şəkillərə baxdıqdan aydın oldu ki, polis avtomobili saxlayanda, BNA kamerasına tuş gəlmişik. İndi nə edək polisə tabe olmayaq, ya qayda pozuntusu olmadığı halda cərimə ödəyək?”

Azxeber 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top