İcra başçısı sabah toy olacaq evi uçurtdurdu — Rəsmi AÇIQLAMA (FOTOLAR)

HADİSƏ 12 apr 2019, 15:34

Abşeronun rayonunun Saray qəsəbəsində sabah toyu olacaq şəxsin evi dağıdılıb.


Demokrat.az xəbər verir ki, bu haqda foto və xəbəri sosial şəbəkədə jurnalist İlkin Pirəli paylaşıb. 


O, bildirib ki, icra başçısı İradə Gülməmmədova sabah toy keçiriləcək evi uçurulması göstərişini verib: 


"Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər”.


Xəbərdə bildirilir ki, gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb və ailə 1999-cu ildən həmin evdə yaşayırmış.(Yeni Sabah)


Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Demokrat.az-a bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb.


"Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var", - deyə İcra Hakimiyyətindən bildirilib.  


Zaur Hacılı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top