Müəllim şagirdi döyüb xəstəxanalıq etdi - Paytaxtın daha bir məktəbində rəzalət

HADİSƏ 12 apr 2019, 14:44

Bakının Qaradağ rayonundakı 321 saylı orta məktəbin 7-ci sinif şagirdinin məhz müəllim tərəfindən döyülərək xəsarət yetirildiyi təsdiqlənib. virtualaz.org xəbər verir ki, bundan əvvəl məktəb şagirdin "riyaziyyat dərsində qəfildən yıxılaraq xəsarət aldığını" açıqlamışdı.

 

Lakin şagirdin aparıldığı xəstəxana onun müəllim tərəfindən döyüldüyünü təsdiqləyib. "321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib".


Bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.

Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: - deyə xəstəxanadan bildirildi.

***

321 saylı orta məktəbdən virtualaz.org-a bildiriblər ki, aprelin 12-də təxminən saat 11:30-da 12 yaşlı məktəblinin riyaziyyat dərsində başı ağrıyıb və o, yerə yıxılıb.

“Yıxılarkən başından zədə alıb. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə barədə dərhal valideynləri məlumatlandırılıb”, - məlumatda qeyd olunur. Məktəbə təcili-tibii yardım çağırılıb.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır.

Qeyd edək ki, uşağın vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

*   *   *12:20

Bakının Qaradağ rayonu,  Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

Virtualaz.org xəbər verir ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top