Yasamalda sakinlərin evləri uçmaq təhlükəsizlə üzləşib — VİDEO

HADİSƏ 12 apr 2019, 15:27

Paytaxtın Yasamal rayonunda, “Qanlı Göl” adlanan ərazidə yaşayan sakinlərə məxsus olan  evlər uçmaq təhlükəsi ilə üzləşib. 


Bununla bağlı sakinlər Demokrat.az-a müraciət ediblər. 


Sakinlərin sözlərinə görə, hazırda sözügedən ərazidə ağır texnikalar qazıntı işləri aparır. 


Sakinlər qazıntı işlərinin yaşadıqları həyət evlərinə çox yaxın ərazidə aparıldığını bildirir:


"Hazırda evlərimizin bünövrəsinə yaxın ərazidə ağır texnikalar vasitəsilə dərin qazıntı işləri aparılır. Əgər sabah yağış yağsa, evlərimiz uçacaq. Müvafiq icra qurumları məsələyə göz yumurlar. Kimlərsə ərazidə hündürmərtəbəli binalar tikəcək. Ona görə də evlərimizin ətrafı qazılır".


Sakinlər ərazidə aparılan qazıntı işlərinin görüntülərini də redaksiyamıza göndəriblər.  

 

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top