Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə — Ehtiyatlı olun!

SOSİAL 12 apr 2019, 13:39

"Dünən bir nəfər müraciət edib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayıb" və cəmləndikdə 2000 manata yaxın cəriməsi alınır. Son günlər belə məlumatlar tez-tez gəlir".


Demokrat.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.


O, qeyd edib ki, bu yaxınlara qədər DYP-nin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirmiş:


"İndi problem aradan qalxıb. Artıq belə nömrələri də ümumi şəkildə qeydə almaq mümkündür.  Ona görə də bunu əvvəllər bilib, sui-istifadə edənlər diqqətli olsunlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top