Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edildi — YENİLƏNİB

HADİSƏ 11 apr 2019, 21:42

Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib.

 

Bu barədə "Report"un Şimal bürosuna 5 saylı Quba Yol İstismarı İdarəsinin sahə rəisi Əliqulu Orucov məlumat verib.

 

Onun sözlərinə görə, 5 ekskavator və 2 buldozerin köməkliyi ilə yol açılıb, gediş-gəliş təmin olunub.

 

*** 16:29

Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

 

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

 

Məlumata görə, dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

 

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top