Ronaldo öz rekordunu yenilədi

İDMAN 11 apr 2019, 22:03

Dünyanın ən güclü iki futbolçusundan biri Kriştiano Ronaldo daha bir rekorda sahib çıxıb.


Demokrat.Az xəbər verir ki, "Yuventus"un ulduzu ötən gecə Çempionlar Liqasının "Ayaks"la oyununda bu turnirdə 125-ci qolunu vurmaqla öz rekordunu daha da yaxşılaşdırıb. Portuqaliyalı hücumçu 161 matçda, üç klubun heyətində - İngiltərənin "Mançester Yunayted", Madridin "Real" və İtaliyanın "Yuventus"da bu uğura imza atıb.   


Xatırladaq ki, ÇL-nin 1/4 finalında "Ayaks"a qonaq olan "Yuventus" ilk görüşdən sərfəli heç-heçə ilə ayrılıb (1:1). 

 

 


Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top