"Azəriqaz"ın nümayəndəsi əhalini İcra başçısı ilə üz-üzə qoyub — Sakinlərdən ŞİKAYƏT

SOSİAL 11 apr 2019, 17:59

Binəqədi rayonu, Biləcəri qəsəbəsi  VII məhəllə (Qəbələnin arxası) yeni yaşayış massivinin sakinləri Binəqədi rayon qaz idarəsi tərəfindən problemlərlə üzləşiblər. 


Bu barədə Demokrat.az-a bir qrup sakin şikayət ərizəsi ilə müraciət ediblər. 


Sakinlər bildirirlər ki, 2018-ci ildən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı qaz idarəsinə müraciət edilib və onlardan sayğacla təmin olunmaları üçün külli miqdarda pul alınıb.


Tələb onunan pulu verməkdən başqa çıxış yolu olmayan sakinlər istənilən məbləği ödəsələr də küçələrə qaz borularının çəkilişi yenə də sakinlərin öhdəsinə qoyulub. 


Qarşıdan gələn qış soyuğundan qorunmaq üçün öz şəxsi vəasitləri hesabına küçələrə qaz borularını çəkiblər və yalnız bundan sonar idarə əməkdaşları tərəfindən evlərə sayğac qoyulmuş və hər bir evin adına kod açılaraq kartlar verilib. Lakin artıq bir neçə gündür ki, Binəqədi Rayon qaz istismarı idarəsində rəis vəzifəsində olduğunu bildirən və özünü Ramiz Qafarov olaraq təqdim edən idarənin məmuru yeni yaşayı massivinin sakinlərinə problemlər yaradır. 


Sakinlərin veriyi məlumata görə, yeni rəis öz əməkdaşlarını əraziyə göndərərək sakinlərdən yenidən müəyyən məbləğ maddi vəsaitin toplanmasını göstəriş verib.  Buna etiraz edən sakinlərin qaz təminartının dayandılacağını bildiriblər. Lakin sakinlərin ikinci dəfə yeni rəisə, yəni özünü Ramiz Qafarov kimi təqdim edən şəxsə maddi vəasitin verilməsinə narazılıq etdikdən sonra əraziyə çəkilən qaz boruları kəsilərə idarə işçiləri tərəfindən aparılıb. 


Nəticədə yüzlərlə ev qazsız qalıb. Sakinlər həm də qeyd edirlər ki, Ramiz Qafarov və onun başçılıq etdiyi dəstə etiraz edən sakinlərə “mənə tapşırığı rayon rəhbərliyi verib, yığışın gedin "Azəriqaz"ın baş idarəinin qarşısında öz sözünüzü deyin” deyərən zərərçəkmiş əhalini qanunsuz piketə səsləyir. 


"O həmçinin göstərişin rayon icra hakimiyyəti tərəfindən də dəstəkləndiyini qeyd edib", - deyə sakinlər bildirir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top