Bütün məktəblərdə pəncərələr ləğv edilir — Nazirlikdən QƏRİBƏ QƏRAR

HADİSƏ 11 apr 2019, 17:14

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir. 


Demokrat.az xəbər verir ki, intihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib. 


Belə ki, daxil olan məlumata görə, nazirlik bütün məktəblərə qeyri-rəsmi formada tapşırıq verib ki, yuxarı mərtəbələrdə pəncələri ləğv etsinlər. Bu barədə məlumat verən şəxs deyir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlılar quraşdırılır. 


Mənbə deyir ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncələr ləğv edilib.(Bakupost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top