Sudanda hərbi çevriliş - Ömər əl-Bəşir istefa verməyə məcbur qaldı (YENİLƏNİB)

DÜNYA 11 apr 2019, 14:47

Sudanda ordu hərbi çevriliş edib.

 

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanlı məlumat yayıb.

 

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifərdən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

 

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.

 

Sudan Prezidenti Ömər əl-Bəşirin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı “al-Hadath” telekanalı yayıb.

 

Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

 

Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

 

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.

 

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

 

Məlumatı “Al-Arabiya” televiziyası yayıb.

 

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

 

“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.

 

Sudan Prezidenti Ömər əl-Bəşir istefa verib.

 

“Report” “THM”ə istinadən bildirir ki, məlumatı “Reuters” yayıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top