Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi

SİYASƏT 11 apr 2019, 13:01

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı Zohrab Mnatsakanyan arasında növbəti görüş 15 apreldə Moskvada baş tutacaq.

 

Bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bəyan edib. 

 

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində baş tutan hər bir görüşün vaxtı və məkanı barədə tərəflər razılaşdırılmış əsasda məlumat verirlər. Bu mənada bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü aprelin 15-də Moskvada keçiriləcək. Bu dəfəki görüşdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edəcək” – Naqdalyan vurğulayıb. (azvision.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top