Pensiyaçılara ŞAD XƏBƏR !

SOSİAL 11 apr 2019, 12:43

Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Demokrat.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.


Trend-in məlumatına görə, bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

 

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top