Tale Heydərovun istefası Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcək

İDMAN 11 apr 2019, 12:05

Tale Heydərovun “Qəbələ” İdman Klubunun (İK) prezidenti postundan istefa verməsi Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcək.

 

Bu barədə əyalət təmsilçisinin rəsmi saytında yer alan açıqlamada bildirilir. Akademiyanın bu il istifadəyə verilməsi planlaşdırılır.

 

Bildirilir ki, Ronaldinyo Futbol Akademiyası T.Heydərovun Azərbaycan futboluna bağlılığının bir parçasıdır və “Qəbələ” İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcək.(Report)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top