“Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik” — Ərdoğan

DÜNYA 10 apr 2019, 19:35

“Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.


“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.


“Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, – Türkiyə Prezidenti vurğulayıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top