"Tale Heydərovun qərarına qarışa bilmərəm" — "Kəmaləddin Heydərovun işindən hər kəs məmnundur"

GÜNDƏM 10 apr 2019, 18:23

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Abıyev "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verməsinə münasibət bildirib. 


Ağacan Abıyev Demokrat.az-a açıqlamasında deyib ki, Tale Heydərovun istefa verməsi müstəqil qərarıdır:


"Heç kəs onu bu qərardan vaz keçməyə məcbur edə bilməz. Tale Heydərov mənim dostum Fəttah Heydərovun nəvəsidir. Mən Tale Heydərovun qərarına qarışa bilmərəm. Bu, onun öz istəyidir. Tale peşəkar insandır".


Deputat "Tale Heydərovu Azərbaycan Boks Federasiyası rəhbərliyində görmək istərdinizmi?" sualına isə belə cavab verib:


"Azərbaycan Boks Federasiyasında kifayət qədər peşəkar kadrlar, boksçular var. Federasiyamızın pezidenti olan Kəmaləddin Heydərovun işindən hər kəs məmnundur. Heç bir maliyyə çətinliyimiz yoxdur. Ona görə də Federasiya rəhbərliyinə başqa adamların gəlməsinə ehtiyac görmürük".


Zaur Hacılı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top