Füzulidə 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi belə qeyd olundu — FOTOLAR

MARAQLI 10 apr 2019, 14:47

Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. 


Bu barədə Demokrat.az-a Füzuli rayon İcra Hakimiyyətindən məlumat verilib. 


Tədbirdə RİH əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak ediblər. 


Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirilib. 

Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib. 


Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırıb. 


Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.


Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib. 


Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.


Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top