Azərbaycan səfirinin saatı oğurlandı

HADİSƏ 09 apr 2019, 23:14

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səiri Lətif Qəndilov martın 17-də qol saatını Minsk şəhərinin hava limanındakı biznes-zalda unudub.


Demokrat.az Belarus DİN-in bu gün yayımladığı rəsmi məlumata əsasən xəbər verir ki, saatı 37 yaşlı Ukrayna vətəndaşı görüb və götürüb. 


Hazırda onun barəsində cinayət işinə başlanıb.


DİN-in məlumatında bildirilir ki, ukraynalı görüb ki, diplomat saatını unudub və onu götürüb. 


“Saatın itməsi ilə bağlı ərizə verildikdən sonra bir neçə saat ərzində polis əməkdaşları şübhəli şəxsi müəyyənləşdiriblər və oğurlanmış əşyanı sahibinə qaytarıblar. Faktla bağlı cinayət işinə başlanıb”, - Bearus Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.


Azərbaycanlı diplomat Belarus daxili işlər naziri İqor Şevçuka minnətdarlıq məktubu yollayıb.(Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top