“Arzu edirəm ki, balaca Mehriban böyüyənədək torpaqlarımızı işğaldan azad edək”

GÜNDƏM 09 apr 2019, 23:36

Xəbər verdiyimiz kimi aprelin 6-na keçən gecə Bakıda 10 milyonuncu ölkə vətəndaşı dünyaya gəlib. Adı Mehriban qoyulan qız övladı Rauf və Nigar Ocaqovların ailəsində dünyaya gəlib.  

 

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bildirdi ki, 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsinə görə fəxr etməliyik:

 

“Dünyada əlli milyondan çox azərbaycanlı var. Biz türkük və adımızı dəyişib azərbaycanlı qoyublar, amma əslində azərbaycanlı adında millət yoxdur. Azərbaycanda bizlərlə bərabər talış, udin, ləzgi və yəhudi millətindən olan qruplar da yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycan multikultural ölkədir. Bizim ölkədə yaşayanların hamısı vətəndaşdır. 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsinə görə fəxr edirik. Allah onu qorusun. Böyük şəxsiyyət olsun və arzu edirəm ki, balaca Mehriban böyüyənə qədər torpaqlarımızı işğaldan azad edək. Bizim millətimiz qeyrətli millətdir”. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top