Elmar Vəliyevlə bağlı paylaşım edən şəxslə bağlı QƏRAR VERİLDİ

HADİSƏ 09 apr 2019, 17:41

Sumqayıt Apellyasiya Məhkəməsində terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Demokrat.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.


İttiham aktına əsasən, İ.Quliyev 3 iyul 2018-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib.


Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top