“Büdcədən pul oğurlayanlar qanun qarşısında cavab verməlidirlər” — Deputat

GÜNDƏM 09 apr 2019, 17:16

"Hesablama Palatası işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar vəsaiti mənimsəməsinlər. Elə etmək lazımdır ki, bu cür neqativ hallar baş verməsin. Hesablama Palatasının fəaliyyətinə dövlət qurumlarının təsiri olmamalıdır".


Demokrat.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.


O bildirib ki, bəzi məmurlar işdən çıxarılandan sonra onların mal-mülkü ilə bağlı mətbuatda məlumatlar yer alır:

 

"Mənimsənilən vəsaitin geri qaytarılması ilə kifayətlənmək olmaz. Büdcədən pul oğurlayanlar Azərbaycan qanunları qarşısında cavab verməlidir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top