Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri azalıb

SOSİAL 09 apr 2019, 14:19

Azərbaycanda formalaşan 1607 bələdiyyənin 2018-ci ildə büdcə gəlirlərinin həcmi 35.973.700 manat olub. Bu rəqəm 2017-ci illə müqayisədə 0.3 faiz azdır.


Demokrat.az xəbər verir ki, bu barədə "Belediyye.info"ya Dövlət Statistika Komitəsindən məlumat daxil olub.


Əldə edilən vəsaitin 21.6 faizi əmlak vergisindən, 15.8 faizi torpaq vergisindən, 1,3 faizi mədən vergisində, 0.2 faizi, yəni 56.300 manatı bələdiyyə mülkiyyətində olan müəssiələrdən, 0.1 faizi reklamdan, 5.1 faizi kurort-sanatoriya və mehmanxana, o cümlədən turuzm xidmətlərindən, 0.5faizi dayanacaqlardan, 25.1 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən ,12.4 faizi isə icarəyə verilməsindən, 0.7 faizi fiziki, 0.2 fazi isə hüquqi şəxslərin maddi yardımlarından daxil olub. İl ərzində dövlət tərəfindən bələdiyyələrə 5.185.000 manat dotasiya ayrılıb.


Ən çox azalma Abşeron və Hacıqabul rayon bələdiyyələrində baş verib. Belə ki, bu rayon bələdiyyələri 2017-ci ildə əldə etdikləri vəsaitin yalnız 66 faizini 2018-cı ilə yığa biliblər.


Ümumlikdə 32 rayon bələdiyyələrində azalma müşahidə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top