Ermənistan ordusu külə çevriləcək — Hərbi ekspertdən XƏBƏRDARLIQ

HADİSƏ 09 apr 2019, 10:54

"Ermənistanın siyasi və hərbi rəhbərliyi son zamanlar o qədər ziddiyyətli, bir-birini təkzib edən bəyanatlar verir ki, adamın özünün bunlara vaxt sərf etməyə heyfi gəlir".


Demokrat.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.


Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi öz daxilində hələ münaqişə ilə bağlı ortaq məxrəcə gələ bilməyib: 


"Baş nazir deyir ki, danışıqlarda üçüncü tərəf iştirak etməlidir, müdafiə naziri deyir ki, ordu müharibəyə hazırlaşır. Daha sonra Vyanada Azərbaycan tərəfinin mövqeyi ilə razı olduqlarını bildirirlər. Sabahı gün müdafiə naziri Amerikada səsləndirdiyi sərsəm bəyanatını təkzib edir. Jurnalistlərlə görüşündə sülhdən danışır. Ermənistanın müdafiə naziro David Tonoyan əvvəl gedib hərb eliminin bəsit detallarını öyrənsin, sonra gəlib Azərbaycana hədə-qorxusunu edər. Azərbaycanda çox gözəl bir məsəl var: Keçinin əcəli çatanda çobanın çomağına sürtünər.Azərbaycan bu dəqiqə elə bir vəziyyətdədir ki, öz əsgərləri ilə bərabər Tonoyanın külü belə qalmaz. Bu, elə-belə, pafoslu sözlər də deyil. Onun özü də bilir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü nə yerdədir. Onlar bütün bunları bildikləri halda, əlbəttə, etiraf etməyəcəklər ki, orduları bizimkindən zəifdir. Yağmasalar da guruldayırlar. Bu gün Azərbaycan ordusunun əsəbləri ilə oynamaq lazım deyil. Ordumuz, sadəcə olaraq, Ali Baş Komandana tabe olduğu üçün dözüm göstərir. Amma bunun da bir sərhədi var. O sərhəd o qədər də uzaqda deyil. Çünki 20 ildən artıqdır ki, bu bayquşlar özlərini çox ağıllı hesab edərək beynəlxalq hüquq normalarını tanımırlar”.


Hərbi ekspert ATƏT-in Minsk Qrupunun Ermənistanın nazı ilə oynadığını qeyd edib.


“Tonoyan Ermənistanın müdafiə naziridir, adi vətəndaşı deyil. Amerikada bəyanat verir ki, biz Azərbaycanın yeni ərazilərini işğal edəcəyik. Fikir verin, görün üstündən neçə gün keçdi? ATƏT-dən zərrə qədər hərəkət, bir bəyanat yoxdur. Amma Azərbaycan bir balaca bəyanat səsləndirən kimi, Rusyar, ABŞ və Fransadan səs gəlir. Beynəlxalq hüquq və normalar var. Ona Amerika da, Cibuti də tabedirlər. Onlar BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymurlarsa, özlərinə hörmət etmirlərsə, 2016-cı ilin aprelində baş verən hadisələrin eynisini yaxın zamanlarda tamaşa edəcəklər. Ona görə də Tonoyanın belə hədə-qorxu gəlməsinə əhəmiyyət vermək lazım deyil. O, hansı Azərbaycan ərazisinin işğal ediləcəyindən danışır? Biz ona məmnuniyyətlə görmək istədiyi mənzərəni yaşadacağıq. O ki qaldı Azərbaycanın işğal olunmuş ərazilərinə, Ermənistan tam arxayın olsun ki, Azərbaycanın müasir silahları onların külünü göyə sovurmağa bəs edəcək. Tonoyanı, Sərkisyanı, Koçaryanı və digər "yanları" Azərbaycan elə yandıracaq ki, onların ağlı başlarına gələcək. Çünki onlar hələ Moskvanın eyforiyasındadırlar. Moskva da hələlik, odla oynayır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top