“Nikahdankənar uşaq istəmirəm” — Damla

ŞOU-BİZNES 09 apr 2019, 08:29

"Mən nə zorla, nə də sevib ailə qurmuşam. Artıq 10 ilə yaxındır ki, növbəti dəfə ana olmaq arzusundayam. Rəsmi şəkildə nikah bağlayıb uşaq dünyaya gətirmək istəyirəm. Qeyri-rəsmi övlad gətirənləri də qınamıram. Amma mən belə istəyirəm".


Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Damla "ATV maqazin onlarla" proqramına qonaq olarkən deyib. 


O, şəxsi həyatı barədə suallara cavab verərək hazırda sevgilisinin olmadığını bildirib:


"Hazırda isə həyatımda sevgi yoxdur. İstəyirəm ki, ali təhsilli biri olsun. Universitetə gedib-gələn yox, oxumuş birindən söhbət gedir. Biznesmen olmağı, pulunun, maşınının olması önəmli deyil".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top