"Dünyada belə hadisə olmayıb ki, dövlət başçısı və bütün ölkə doğulan körpəni təbrik etsin" — ŞEYXİN DEPUTAT QARDAŞI

GÜNDƏM 08 apr 2019, 22:11

Xəbər verdiyimiz kimi, 2019-cu ilin aprelin 6-da ölkənin 10 milyonuncu sakini doğulub. Respublika Perinatal Mərkəzində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bu, ailənin ilk övladıdır. 10 milyonuncu sakinin doğulması münasibəti ilə dövlət başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqı təbrik edib. 

 

Demokrat.az xəbər verir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, dövlət başçısının 10 milyonuncu uşağın dünyaya gəlməsi münasibəti ilə xalqımızı təbrik etməsi onu bir daha sübut etdi ki, cənab prezidentimiz öz millətinin artımına və inkişafına böyük önəm verir:

 

“Bir neçə gün öncə 10 milyonuncu körpə dünyaya gəldi. Dünən bu münasibətilə Azərbaycanın bir neçə rayonlarında şənliklər təşkil olundu. 10 milyonuncu uşağı bütün Azərbaycan təbrik etdi. Bu təbriklər mətbuatda, televiziyalarda, saytlarda və qəzetlərdə öz əksini tapdı. 10 milyonuncu uşağın ailəsi çox xoşbəxtdir. Çünki cənab prezidentimiz və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva onları təbrik edib. Dünyada belə bir hadisə olmayıb ki, dövlət başçısı başda olmaqla bütün ölkə doğulan körpəni təbrik etsin. Mən də o körpənin ailəsini təbrik edirəm. Azərbaycanın əhalisinin sayının artması bizi çox sevindirir. Hesab edirəm ki, bu böyük bir bayramdır. Allah bizə 20 milyoncu uşağın doğulmasını bizə qismət etsin”. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top