Milli Şura və Qarabağ Komitəsi yenə mitinq təyin etdi

HADİSƏ 08 apr 2019, 17:28

Milli Şura və Qarabağ Komitəsi eyni məkan, eyni gün və eyni saata mitinq təyin edib.


“Report”un əldə etdiyi məlumata görə, Milli Şura və Qarabağ Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrı-ayrı etdikləri müraciətlərdə aprelin 20-si saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirmək arzusu ifadə olunub.


BŞİH-in müraciətlərə gələn həftə cavab verəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top