“Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdir” — Bakıda işləyən iranlı həkim

SOSİAL 08 apr 2019, 14:47

Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın.

 

Hazırda Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Hasan Hasanzadə bir neçə il əvvəl  dəvətlə Bakıda klinikaların birində işləyib. Sonradan İrana geri qayıdan həkimin yanına indi də burdan xəstələr gedir.

 

Medicina.az xəbər verir ki, azərbaycanlı pasiyentlərdən biri Təbrizdə Həsən həkimin qəbulunda olarkən, niyə Bakıda qalıb işləmədiyini soruşur.  O bildirib ki, Azərbaycanda işləyəndə xəstələrə düzgün müalicə yazmasına baxmayaraq, effekt görmürdü.

 

" Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım. Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir. İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır.


 
Ona görə işləməyə davam etmədim. İndi Təbrizə Bakıda məni tanıyanlar gəlir. Dərmanlarını burdan alırlar. Bir neçə dəfə orda işləmək üçün dəvətlər gəlib, amma getmirəm. İşləməyimin nə faydası? Özümlə İrandan dərman daşıya bilmərəm axı”.

 

Həkim qeyd edib ki, "Azərbaycanda yaxşı həkim yoxdur, ona görə xəstələr xaricə gedir fikri” ilə razı deyil.

 

"Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top