“Neftçi” Müşahidə Şurası sədrini gizlincə təbrik etdi

İDMAN 08 apr 2019, 15:33

Aprelin 7-də xalq yazıçısı Çingiz Abdullayevin doğum günü idi.

 

Sport7.az xəbər verir ki, eyni zamanda "Neftçi”nin Müşahidə Şurasının sədri olan Abdullayevin 60 yaşı tamam olub.

 

Maraqlıdı ki, klub tərəfindən Müşahidə Şurasının sədrinin yubileyi təntəli surətdə qeyd olunmayıb. "Zirə” ilə oyundan əvvəl "Bakcell Arena”nın dəhlizində Çingiz Abdullayevə klubun forması təqdim olunub.

 

Belə əlamətdar tarixlərdə yubiliyarın qazona ayaq basması, azarkeşlərin qarşısına çıxarılması lazım bilinməyib. Bunun da səbəbi xeyli maraqlıdı.

 

Eyni zamanda "ağ-qaralar”ın saytında Çingiz Abdullayevin yubileyi ilə bağlı xəbərə rast gəlmək mümkün deyil. "Neftçi” yubiliyarın doğum gününü yalnız "Feysbuk” səhifəsində xatırlayıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top