Bakıdan bu şəhərə birbaşa uçuşlar olacaq

SOSİAL 08 apr 2019, 14:01

“Türk Hava Yolları” 22 aprel tarixindən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır. 

 

Şirkətdən Demokrat.Az -a verilən məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. 

 

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq. 

 

Bununla da, dünyanın ən çox ölkəsinə uçan “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antaliyadan isə 1 hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top