Millət vəkilinin etdiyi əməliyyat zamanı məşhur ekspertin həyat yoldaşı dünyasını dəyişdi — İTTİHAM

HADİSƏ 08 apr 2019, 10:04

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həyat yoldaşının ölümünə görə Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovu günahlandırır. 


Mirvari Qəhrəmanlı Demokrat.az-a açıqlamasında bildirib ki, o, xaricdə səfərdə olan zaman həyat yoldaşı Mürşüd Hacıyev Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat edilib:


"Yoldaşım “Qum adası” Neft və Qazçıxarma İdarəsində çalışdığı üçün, onu əməliyyat edilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasına göndərmişdilər. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının tanınmlış həkimi Rəşad Mahmudovun və digər həkim heyətinin səhvi ucbatından həyat yoldaşımı itirdik. Yoldaşımı düzgün əməliyyat etməmişdilər. Mən səfərdən qayıdandan sonra bunu araşdırdım, yoldaşımı əməliyyat etmiş həkimlərə öz iradımı bildirdim. Bu zaman mənə dedilər ki, guya damarda tromb olub. Ona görə dünyasını dəyişib. Əslində, bu doğru deyil idi. Əgər tromb olubsa da, deməli damar düzgün seçilməyib. Rəşad Mahmudov yaxşı həkim kimi tanınıb. Ancaq gördüyünüz kimi, yaxşı həkimlərin də böyük səhvləri olur. Həyat yoldaşım həkim səhvi üzündən dünyasını dəyişib".

 

Hüquq müdafiəçisi hadisənin 2010-cu ilin may ayında baş verdiyini söyləyib:

 

"Mən o vaxtı da şikayətimi bildirmişəm. Açıq şəkildə dedim ki, siz həkimlərin işindən narazıyam. Yoldaşımın ölümünə səbəbkar sizsiniz. Mən uşaq deyiləm, hər şeyi gözəl anlayıram. Həkimlər yoldaşımı əməliyyat edən zaman məsuliyyətsiz davranıblar".

 

Image result for mirvari qəhrəmanlı


İttihamlarla bağlı deputat Rəşad Mahmudovun mobil telefonuna zəng etsək də, telefonlarımıza cavab verilməyib. 


Zaur Hacılı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top