ABŞ Daxili Təhlükəsizlik naziri istefaya getdi

DÜNYA 08 apr 2019, 08:41

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir.

 

"Report" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri Donald Tramp özünün "Twitter" səhifəsində yazıb:

 

"Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm" - sitatın sonu.

 

Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.

 

Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top