Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə paytaxtda atəşfəşanlıq oldu — FOTOLAR

MARAQLI 07 apr 2019, 23:58

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə bu gün axşam Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.


Demokrat.az xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.


Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.


On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.


Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top