"Bu mənim muzeyimin önüdür" — Tarixçi alim Balakənin mərkəzindəki bu mənzərədən DİLƏ GƏLDİ (FOTOLAR)

SOSİAL 07 apr 2019, 23:32

Balakən rayonuna yağan güclü yağışlardan sonra rayon mərkəzindəki küçələrdən biri fotoda gördüyünüz vəziyyətə düşüb.


Demokrat.az xəbər verir ki, kanalizasiya sisteminin işləməməsi nəticəsində küçədə əsl göl əmələ gəlib. 


Təqdim etdiyimiz foto M. Əsədov küçəsində çəkilib. Ayağında qaloş olan məktəbli nəvəsini nənə kürəyinə alaraq gölməçədən keçirir. Rayon mərkəzindəki küçənin bu vəziyyətdə olduğu zaman kənar küçələrin hansı durumda ola biləcəyini təsəvvür etmək çətin deyil.

 

Image result for tarixçi Akif Məmmədli


Fotoları təqdim edən Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Akif Məmmədli bildirib: 


“Bu mənim muzeyimin önüdür və hər yağışdan sonra bu mənzərə yaranır. Nə yetkililər, nə də deputat utanmırmı XXI əsrdə bu mənzərədən?”.(YeniSabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top