Azərbaycanda məktəb direktorunun qoyunlarını canavar parçaladı

HADİSƏ 07 apr 2019, 20:50

Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.


Demokrat.az xəbər verir ki, bu gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.


Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. 


Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.(ONA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top