Ukraynada prezident seçkilərinin rəsmi nəticələri açıqlandı

DÜNYA 07 apr 2019, 19:52

Ukraynada prezident seçkilərinin ilk turunun rəsmi nəticələri açıqlanıb.

 

Oxu.Az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçkilərin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Pyotr Poroşenko mübarizə aparacaqlar.

 

Bildirilir ki, seçkilərin birinci turunda seçicilərin 30,24 faizi Zelenskiyə səs verib. Poroşenko isə 15,95 faiz səs qazanıb.

 

Yuliya Timoşenko 13,4 faiz, Yuri Boyko 11,67 faiz, Anatoli Qritsenko 6,91 faiz, İqor Smeşko 6,04 faiz, Oleq Lyaşko 5,48 faiz səs toplayıb.

 

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top