Tramp demokratları “saxtakarlıq”da ittiham edib

DÜNYA 07 apr 2019, 18:59

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar əllərində dəlil olmadan onun Rusiya ilə danışıqlar aparmasını iddia etməklə “böyük yalan”a əl atıblar.

 

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Fox News” məlumat yayıb.

 

Bunlar hamısı böyük yalandır, demokratlar isə bu yalanı davam etdirirlər, çünki hamısı saxtakarlığa yol veriblər”, – prezident belə deyib.


Qeyd edək ki, bir qədər əvvəl ABŞ Ədliyyə Nazirliyi “Rusiya məsələsi” üzrə məruzə sənədini tam ictimailəşdirməkdən imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top