Bakının bu ərazilərində konsert keçiriləcək - SİYAHI

SOSİAL 07 apr 2019, 14:07

Azərbaycanda doğulan 10 milyonuncu vətəndaşın şərəfinə bu gün paytaxtın 12 rayonunda bayram tədbirləri keçiriləcək.

 

Demokrat.Az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 12:00-dan başlayaraq, Suraxanı, Sabunçu, Xətai, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Xəzər, Pirallahı, Yasamal, Səbail rayonlarındakı böyük parklarda konsert proqramları təşkil olunacaq.

 

Ən böyük konsertin isə Bulvarda (Saat qülləsi) keçirilməsi nəzərdə tutulub. Saat 17:00-da başlayacaq konsert saat 21:00-da atəşfəşanlıqla davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top