Özünə qəsd edən məktəblinin rəfiqəsi hadisənin səbəbləri barədə danışdı

HADİSƏ 07 apr 2019, 13:28

İntihar edəndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib


O, dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, o da da intihar edə bilər:

 

“Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o, mənim üçün dostdan daha artıq idi… Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir”.

 

Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib: “Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb, mən inana bilmirdim”.

 

E.Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə, özünə qəsd edəcək:

 

“Elinanın sinif rəhbəri də ona təzyiq edib… Mənim sevgilim, sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım…”

 

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib. (buta.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top