Zaqatala və Qaxda zəlzələ olub

HADİSƏ 07 apr 2019, 13:09

Zaqatala və Qax rayonunda zəlzələ olub.

 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub. 

 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top