MTRŞ efirdə getmiş ədəbsiz ifadələrə görə “Space” TV-ni cəzalandırdı (VİDEO)

SOSİAL 07 apr 2019, 11:26

“Space” telekanalının “Hər Səhər” verilişində xoşagəlməz hadisə yaşanıb. 

 

Müğənni Rüfət Axundov səhər verilişində mahnı ifa edərkən söyüş işlətməsi efirə düşüb. Mikrofonların bağlı olduğunu zənn edən müğənni Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı ifadələr işlədib.

 

Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. 

 

Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Teleradio və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib.

 

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, 5 aprel tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib. Faktla bağlı iş məhkəməyə göndərilib.

 

Videoda etikadan kənar ifadələr işlənir. (Baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top