Təbrizli qadın 12 tonluq maşını dartmaqla dünya rekordunu yenilədi - VİDEO

DÜNYA 07 apr 2019, 09:33

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib.

 

Trend-in məlumatına görə, Giti Ginnes rekordları üzrə iranlıların müşaviri və Təbrizin məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib.

 

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

 

1 tondan artq çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.

 

Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib.

 

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top