Suriyalı miqrantlardan Türkiyə xalqına HƏQARƏT — İstanbulda Atatürkün heykəlini təhqir etdilər (VİDEO)

HADİSƏ 06 apr 2019, 22:55

Suriyadan olan miqrantlar İstanbulda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəlini təhqir ediblər. 


Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 


Görüntülərdən də aydın olur ki, 2 nəfər ərəb gənc görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün abidəsi üzərində təhqiramiz hərəkətlər edirlər. 


Hətta, ərəblərdən biri daha da irəli gedərək, Mustafa Kamal Atatarükün heykəlinə sillə vurur. Digəri isə bu anı telefonu ilə çəkərək, söhbət edir. 


Türkiyə mediası sözügedən şəxslərin Suriyadan olan miqrantlar olduğunu yazıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top